Cüdoçularımız sabah Açıq Avropa turnirində mübarizəyə başlayırlar

Cüdoçularımız sabah Açıq Avropa turnirində mübarizəyə başlayırlar

Sabah Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə Açıq Avropa turniri start götürcək. 26 ölkədən 331 (197 kişi, 134 qadın) cüdoçunun iştirak edəcəyi turnirdə Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. İki gün davam edəcək turnirdə komandamız 18 cüdoçu ilə təmsil olunacaq.
Məşqçilər Mehman Əzizov və Elxan Rəcəblinin rəhbərliyi altında kişilərin mübarizəsində Samir Piriyev, Turan Bayramov (hər ikisi 60 kq), Ruslan Paşayev, Vaqif Tarverdiyev (hər ikisi 66 kq), Qədir Hüseynov, Məmmədrza Hacızadə (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Ömər Rəcəbli (hər üçü 81 kq), Əjdər Bağırov (90 kq), Ruslan Nəsirli, Sabir İsayev (hər ikisi 100 kq) tatami üzərinə çıxacaq.
Məşqçi Vüqar Hüseynovun rəhbərlik etdiyi qadınlardan ibarət millinin heyətində isə Ramilə Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Ülviyyə Bayramova, Zeynəb Məmmədova (hər ikisi 52 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli (70 kq) qüvvəsini sınayacaq.