“Xəzər Lənkəran” Avropa Klublar Assosiasiyasının üzvü seçildi

“Xəzər Lənkəran” Avropa Klublar Assosiasiyasının üzvü seçildi

Sentyabr 9-10-da İsveçrənin Cenevrə şəhərində Avropa Klublar Assosiasiyasının Baş Assambleyasının iclası keçirilib. 214 futbol klubunun nümayəndələrinin dəvət olunduğu iclasa ilk dəfə olaraq "Xəzər Lənkəran” futbol klubu da dəvət edilib. İclasda Lənkəran təmsilçisini lisenziyalaşdırma üzrə menecer Elvin İsmixanov təmsil edib. Qeyd edək ki, "Xəzər Lənkəran”la assosiasiya arasında cari ilin əvvəlindən əməkdaşlıq həyata keçirilir.
Baş Assambleyanın iclasının yekunlarını əks etdirən media-relizdə təşkilata yeni qoşulan klublar üzvlükləri rəsmən təsdiqlənib. Quruma yeni üzv olan 19 klubun sırasında "Xəzər Lənkəran”ın da adı yer alıb.