Cüdoçularımız “Böyük dəbilqə” turnirdə mübarizəyə başlayırlar

Cüdoçularımız “Böyük dəbilqə” turnirdə mübarizəyə başlayırlar

Bu gün Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib. Dünyanın 34 ölkəsindən 300-ə yaxın idmançının iştirak edəcəyi turnirdə Azərbaycan komandasına baş məşqçi Mövlud Mirəliyev və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edirlər. Komandamız yarışda, ümumilikdə 11 cüdoçu ilə təmsil olunur. Bu gün - turnirin birinci günündə 3 cüdoçumuz tatami üzərinə çıxacaq. Belə ki, Kəramət Hüseynov startda braziliyalı Ryan Konseysao, Balabəy Ağayev (hər ikisi 60 kq) isə Matan Kokolayev (İsrail) - Julio Delqado (Kuba) cütünün qalibi ilə qarşılaşacaqlar. Komandamızın digər üzvü Yaşar Nəcəfov (66 kq) ilk görüşünü ukraynalı Yevhen Honçarkoya qarşı keçirəcək.