Bu gün daha bir cüdoçumuz “Böyük dəbilqə” turnirində mübarizəyə başlayır

Bu gün daha bir cüdoçumuz “Böyük dəbilqə” turnirində mübarizəyə başlayır

Təl-Əvivdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir. Yarışın ikinci günündə bir  cüdoçumuz tatami üzərinə çıxacaq. Bu 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərovdur. Təmsilçimiz ilk görüşündə Daniyar Şamşayev (Qazaxıstan) - Oron Qiner (İsrail) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, komandamızın aktivində hələlik bir medal var. Həmin medalı komandamıza Yaşar Nəcəfov (66 kq) qazandırıb.