Gənc cüdoçular Azərbaycan birinciliyində yarışacaqlar

Gənc cüdoçular Azərbaycan birinciliyində yarışacaqlar

Sabah Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə gənc cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək. 21 yaşadək gənclər arasında keçiriləcək yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq. Yarışda Bakı, Sumqayıt şəhərlərindən, eləcə də ölkənin müxtəlif regionlarından olan klub, cəmiyyət və idman təşkilatlarından 300-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarışda 2002-2004-cü illər təvəllüdlü idmançılar iştirak edəcəklər.
Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli idmançıları müəyyən edərək, onların gənclərdən ibarət yığma komandaya cəlb etməkdir.