Polşa sınağında 13 cüdoçumuz təmsil olunacaq

Polşa sınağında 13 cüdoçumuz təmsil olunacaq

Fevralın 26-da Polşanın paytaxtı Varşavada cüdo üzrə açıq Avropa turniri start götürəcək. İki gün davam edəcək yarışda 34 ölkədən 500-ə yaxın idmançı mübarizə aparacaq. Turnirdə Azərbaycan cüdoçuları da qüvvələrini sınayacaqlar. Yarışda ölkəmizi böyük məşqçi Elçin İsmayılov və məşqçi Zaur Babayevin rəhbərlik etdiyi kişilərdən ibarət yığma komanda təmsil edəcək. Belə ki, turnirdə Əhməd Yusifov, Rövşən Əliyev, Nazir Talıbov (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov, Tofiq Əliyev (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Zelim Tçkayev (81 kq), Vüqar Talıbov, Coşqun Abdullayev (90 kq), İmran Yusifov, Camal Feyziyev (+100 kq) iştirak edəcəklər.