Gəncədə 5 Mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuş  açıq birincilik keçirilib

Gəncədə 5 Mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuş  açıq birincilik keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, “Təhsil” RİM-nin Gəncə şəhər 1 nömrəli və 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəblərinin birgə təşkilatçılığı ilə 5 Mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuş ağırlıqqaldırma üzrə açıq birincilik keçirilib. Yarış Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə elan olunmuş 27 fevral - 5 mart İdman Həftəsi çərçivəsində təşkil olunub.
Birinciliyin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb. O, Gəncə şəhərində ağırlıqqaldırma idman növünün inkişafı üçün belə yarışların keçirilməsinin çox böyük əhəmiyyəti olduğunu qeyd edib.
2005-2006-2007 və 2008-2009-2010 cu illər təvəllüdlü idmançıların iştirak etdiyi birincilikdə, ümumilikdə 51 ağırlıqqaldıran mübarizə aparıb. Birincilikdə Gəncə idmançıları ilə yanaşı, Qazax və Goranboyu təmsil edən idmançılar da qüvvəsini sınayıblar.
Yarışda qalib gələn atletlər müvafiq diplom və medallarla təltif ediliblər.