Pekin-2022: Rusiya və Belarus haqqında yeni qərar

Pekin-2022: Rusiya və Belarus haqqında yeni qərar

Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarusun Pekin Qış Paralimpiya Oyunlarında iştirakı ilə bağlı qərarını dəyişib.
IPC adıçəkilən ölkələrin paralimpiyaçıların yarışa qatılmasına qadağa qoyub.
Əvvəlki qərarda bu yığmaların Qış Paralimpiya Oyunlarında neytral statusda, bayraqsız və himnsiz iştirakı bildirilmişdi. Lakin bunun mümkünsüzlüyünü anlayan qurum Rusiya və Belarus idmançılarını Paralimpiadadan kənarlaşdırıb.
Qeyd edək ki, Pekin-2022 Qış Paralimpiya Oyunları martın 4-13-də keçiriləcək.