İWF yeni qərarını açıqladı

İWF yeni qərarını açıqladı

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) İcraiyyə Komitəsi Rusiya idmançılarını növbəti qərara qədər bütün beynəlxalq yarışlarından kənarlaşdırıb. Qərar Rusiyanın Ukraynadaya hərbi müdaxiləsi ilə bağlı qəbul edilib.
Federasiya həmçinin Rusiyada təşkilatın himayəsi altında keçirilən tədbirləri də qadağan edib.
Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukovun UEFA İcraiyyə Komitəsindən uzaqlaşdırıla bilər.
Qol.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Yaxın günlərdə UEFA-nın növbədənkənar iclası keçiriləcəyi və rusiyalı funksionerin İcraiyyə Komitəsindəki gələcək taleyi müzakirə olunacağı bildirilib.
Xatırladaq ki, Rusiyanın Ukrayna ilə başlatdığı müharibəyə görə bu ölkə bir çox sahədə olduğu kimi, idmanda da ciddi sanksiyalarla üzləşib.