Federasiya prezidenti Qazaxda gənc atletlərlə görüşüb

Federasiya prezidenti Qazaxda gənc atletlərlə görüşüb

Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər heyəti Qazax rayonunda gənc atletlərlə görüşüb. Federasiya nümayəndələri görüş zamanı müxtəlif kəndlərdən olan idmançıların məşq prosesini izləyib, məşqçilərlə müxtəlif yaş qrupları üzrə yarışlara hazırlıq səviyyəsini müzakirə ediblər. Görüşlərdə atletlərin məşq etdiyi zalların vəziyyəti, idmançıların hazırlıq səviyyələrinin artırılması üçün görüləcək işlər, ağırlıqqaldırma idman növünün mövcud potensialı və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.