Sumqayıtda İdman həftəsi

Sumqayıtda İdman həftəsi

Martın 1-4-də Kapital Bank Arenada Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman gününə həsr edilmiş İdman həftəsi çərçivəsində mini futbol üzrə şəhər birinciliyi keçirilib. 2010-2011-ci illər təvəllüdlü oğlanlar arasında keçirilən yarışda Sumqayıt Futbol Klubuun idmançıları bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt 1 nömrəli İOEUGİŞM-nin və İOEUGİM-nin komandaları isə müvafiq olaraq, ikinci və üçüncü yerlərə layiq görülüblər.
İdman həftəsi çərçivəsində keçirilən növbəti yarış isə stolüstü tennis üzrə 3-4 mart tarixlərində “Sumqayıt Bulvarı” ərazisində yerləşən “Qarabağ” NN stolüstü tennis klubunun bazasında keçirilib. 2004-2006, 2007-ci illər və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında keçirilən şəhər birinciliyi şəхsi, qoşa və qarışıq qoşa хarakteri daşıyıb. Bu yarışıda da qalib adı uğrunda 60-a yaxın yeniyetmə mübarizə aparıb.
Yarışların qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərman, kubok, medal və hədiyyələrlə təltif olunublar.

Sumqayıtda İdman həftəsi Sumqayıtda İdman həftəsi Sumqayıtda İdman həftəsi Sumqayıtda İdman həftəsi Sumqayıtda İdman həftəsi Sumqayıtda İdman həftəsi Sumqayıtda İdman həftəsi