Sumqayıtda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

Sumqayıtda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə şəhərin idman təşkilatları rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, dünya, Avropa, Olimpiya və Paralimpiya Oyunlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilər, Əməkdar məşqçilərin iştirakı ilə tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərindəki, abidəsi önünə gül dəstələri qoyulub, Şəhidlər xiyabanı ziyarət edilib, Sumqayıt tarix muzeyində tarixi ekspanatlara və yeni hazırlanmış idman güşəsinə baxış keçirilib.
Bayram tədbirində Suçqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu siyasətinin ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan, qısa bir dövrdə Sumqayıt şəhərinin də sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olunması haqqında məlumat vermiş, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə şəhərin idman ictimayətini təbrik edib.
Tədbirdə çıxış edən idman ictimayyətinin nümayyəndələri ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində görülən məqsədyönlü işlərdən və bu işlərin şəhərdə uğurla davam etdirilməsindən danışıblar.
Sonda bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə və 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə idmançı və məşqçi-müəllimlərə fəxri fərmanlar təqdim olunub.

Sumqayıtda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib Sumqayıtda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib Sumqayıtda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib Sumqayıtda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib Sumqayıtda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib Sumqayıtda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib Sumqayıtda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib Sumqayıtda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib