Avropa çempionatı: Qadın güləşçilərimiz finalın bir addımlığında

Avropa çempionatı: Qadın güləşçilərimiz finalın bir addımlığında

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir. Üçüncü yarış günündə qadınlardan ibarət millimizin 3 üzvü mübarizəyə qoşulub.
50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova 1/4 finalda  Makedoniya təmsilçisi Mariya Spirkovska ilə qarşılaşıb. Təmsilçimiz ilk hissədə rəqibinə tam üstünlüklə qalib gəlib - 13:2.
55 kq-dakı Elnurə Məmmədova eyni mərhələdə Mariya Martinçuku (Slovakiya), 68 kq-dakı Nigar Mirzəzadə isə onun həmyerlisi Olqa Maslovskayanı məğlub edib.
Ş.Nəzərova finala gedən yolda Şeker Şimonetta (Macarıstan) ilə, E.Məmmədova Samoil Mihaela (Moldova) ilə, N.Mirzəzadə isə Aslı Demir (Türkiyə) - Marta Navarro (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.