Cüdoçular arasında bölgə birinciliyinin qalibləri müəyyənləşdi

Cüdoçular arasında bölgə birinciliyinin qalibləri müəyyənləşdi

İsmayıllıda yeniyetmələr arasında keçirilən cüdo üzrə bölgə birinciliyinə yekun vurulub. 2008-2010-cu illər təvəllüdlü idmançıların iştirak etdiyi yarışda Ağsu, Göyçay, İsmayıllı, Qəbələ, Qobustan, Şamaxı və Ucardan 88 idmançı medallar uğrunda mübarizə aparıb. Turniri federasiyanın hakimlər üzrə meneceri Mətin Rəhimli və beynəlxalq dərəcəli hakim Məhəmmədəli Quluzadə ilə yanaşı, hakimlər Pərviz Hüseynov, Bəhriyyə Hüseynova, Vasif İsgəndərov, Fəxrəddin Əliyev, Ayaz Abbasov və Mənsur Abbasov idarə ediblər.
Yarışın qalibləri diplom və medallarla mükafatlandırılıblar.
Bu yaş qrupu üzrə növbəti yarışlar martın 16-da Qusarda, iki gün sonra Masallıda, aprelin 6-7-də isə Sumqayıtda təşkil olunacaq.