Fərid Qayıbov Gürcüstan Basketbol Federasiyasının rəhbərliyi ilə görüşüb

Fərid Qayıbov Gürcüstan Basketbol Federasiyasının rəhbərliyi ilə görüşüb

Aprelin 6-da Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan Basketbol Federasiyasının rəhbərliyi ilə görüşüb.
İki ölkə arasında idman əlaqələrinin əhəmiyyətindən danışan nazir qonağa Azərbaycanda son illərdə keçirilən idman siyasəti barədə məlumat verib.
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli idman əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, basketbol üzrə birgə təlim-məşqlərin təşkilinin mümkünlüyü qeyd olunub.