Millimiz heç-heçə edib

Millimiz heç-heçə edib

Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Joze Alessionun yetirmələri Portuqaliya yığması ilə qarşılaşıblar.
Pireney təmsilçisinin qonağı olan komandamız güclü rəqiblə oyundan heç-heçə ilə ayrılıb - 1:1. Qarşılaşmada hesabı millimiz açıb. Amadeunun qolu ilə hesabda önə keçən komandamız Marinyonun cavab qolunun qarşısını ala bilməyib.