Bakı birinciliyində 800-ə yaxın idmançı gücünü sınayır

Bakı birinciliyində 800-ə yaxın idmançı gücünü sınayır

Bu gün Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində kiçik yaşlı (2008-2010-cu illər təvəllüdlü idmançılar) yeniyetmə cüdoçuların Bakı birinciliyinə start verilib.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda paytaxt Bakının müxtəlif klublarından, cəmiyyət və təşkilatlardan 800-ə yaxın idmançı gücünü sınayır.
Üç gün davam edəcək paytaxt birinciliyində oğlanlar 34, 38, 42, 46, 50, 55, 60, 66, 73, +73 kq, qızlar isə 28, 32, 36, 40, 44, 48, 52, 57, 63, +63 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar.
Yarışın təşkilində əsas məqsəd perspektivli idmançıları müəyyən edərək onları U-15 yeniyetmələrdən ibarət milli komandaya cəlb etmək, kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzini formlaşdırmaq, cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.