“Qızıl top”a doğru

“Qızıl top”a doğru

Fransa yığmasının yarımmüdafiəçisi Blez Matüidi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Belarusla qarşılaşmada (4:2) cinah oyunçusu Frank Riberinin oyununu yüksək qiymətləndirib. Xatırladaq ki, zədə üzündən meydana çıxması sual altında olan Riberi Qomeldə keçirilən görüşdə dubl edib.
"O, komandanın lideri və havadarı rolunu öz üzərinə götürüb. Bu oyunda hamı bir daha əmin oldu ki, o, haqlı olaraq Avropanın ən yaxşı futbolçusu seçildi. İndi biz Fransa yığması olaraq hamılıqla Riberini "Qızıl top”a doğru aparacağıq və ümid edirəm ki, o da bizi arxasınca dünya çempionatına aparacaq”.