Şakira oğlu Milanı ilk aylardan etibarən atasının çıxış etdiyi matçlarda iştirak etməyə və onu dəstəkləməyə öyrədib.
Dünya şöhrətli müğənni bugünlərdə oğlu ilə birgə "Barselona”- "Sevilya” matçında Pikeyə azarkeşlik edib və bu zaman KİV nümayəndələrinin və fotokameraların diqqətinə tuş gəlib. Şakira oğlu Milana atasının təmsil etdiyi futbol klubunun - "Barselona”nın formasını geyindirib və hər dəfə komanda hücuma keçəndə onu yuxarı qaldıraraq həyat yoldaşına azarkeşlik etdiyini nümayiş etdirib.