Komandamızın futbolçusu “Petrolul”da

Komandamızın futbolçusu “Petrolul”da

Azərbaycan milli komandasının futbolçusu Elhad Nəziri karyerasını Rumıniyada davam etdirəcək. 21 yaşlı müdafiəçi Antalyada "Petrolul” klubunda baxışdan uğurla keçərək, komandanın heyətinə cəlb olunub.
Qeyd edək ki, Elhad Nəziri Kosmin Kontranın baş məşqçisi olduğu yüksək liqa təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb. Bununla da, həmyerlimiz Rumıniyada oynayacaq ilk futbolçumuz kimi tarixə düşüb.
Məlumat üçün bildirək ki, Elhad bunadək Moldovanın "Milsami” klubunda oynayırdı.