10 cüdoçumuz Dubrovnikə yollanır

10 cüdoçumuz Dubrovnikə yollanır

Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək cüdo üzrə Avropa kuboku yarışında iştirak edəcək Azərbaycan komandasının heyəti müəyyənləşib. Turnirdə Azərbaycanın 10 cüdoçusu iştirak edəcək. Belə ki, Nazir Talıbov (60 kq), İsmayıl İbrahimov, Ruslan Paşayev, Elçin Hüseynov (66 kq), Nəriman Mirzəyev (73 kq), Zelim Tçkayev, Hasil Cəfərov (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar. Avropa kuboku yarışına 25 ölkədən 300-ə yaxın cüdoçu qatılacaq.