Almaniyanın 4-cü divizion klubu Özilə görə 800 min avro qazanacaq

Almaniyanın 4-cü divizion klubu Özilə görə 800 min avro qazanacaq

Almaniyanın səviyyəcə 4-cü divizionunda çıxış edən "Rot-Veys Essen” klubu Mesut Özilin "Real”dan "Arsenal”a keçidindən 800 min avro qazanacaq. Bild.de saytının məlumatına görə, FİFA-nın həmrəylik proqramına əsasən, Almaniya yığmasının 24 yaşlı yarımmüdafiəçisinin əvvəllər çıxış etdiyi bütün klublara onun təxminən 50 milyon avro olan transfer məbləğinin 5 %-i ödəniləcək. Beləliklə, Özilin 2000-2005-ci illərdə formasını geyindiyi "Rot-Veys Essen”dən başqa, "Şalke” və "Verder” də təxminən 800 min avroya sahib olacaq.