Fransa klubları rekorda imza atdılar

Fransa klubları rekorda imza atdılar

Fransa yüksək divizionunun klubları ötən transfer dövrü zamanı 380,7 milyon avro xərcləyiblər. Transfermarkt.de saytının məlumatına görə, bu, Liqa 1 üçün rekord rəqəmdir.
Xərclənən vəsaitin böyük hissəsi "Monako” və PSJ-nin payına düşür. Knyazlıq klubu yeni oyunçuların alınmasına 166,2 milyon avro, parislilər isə 110,9 milyon xərcləyiblər.
"Nitsa” və "Ayaçço” isə, ümumiyyətlə, pullu transferlər etməyiblər. Orta hesabla Fransanın bir klubu bu yay transferlərə 19 milyon avro vəsait ayırıb. Futbolçu satışından isə Liqa 1-in klubları ümumilikdə 228,5 milyon avro qazanıblar. Bunlardan ən bahalısı müdafiəçi Mamadu Sakonun 19 milyon avro qarşılığında PSJ-dən "Liverpul”a keçməsi olub.