Azərbaycan nümayəndə heyəti Münhendə kommunikasiya seminarında iştirak edib

Azərbaycan nümayəndə heyəti Münhendə kommunikasiya seminarında iştirak edib

Almaniyanın Münxen şəhərində "Avropa Gimnastikası"nın təşkilatçılığı ilə kommunikasiya seminarı keçirilib.
Tədbirdə avqustun 11-21-də adıçəkilən şəhərdə kişi və qadın idman gimnastikasının da daxil olduğu 9 idman növü üzrə keçiriləcək Avropa çempionatı ilə əlaqədar təqdimat olub.
On iki ölkə nümayəndəsinin iştirak etdiyi seminarda Azərbaycan nümayəndə heyəti də təmsil olunub. Tədbir iştirakçıları, həmçinin gimnastika növü üzrə yarışların keçiriləcəyi Olimpiya zalına da səfər ediblər.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın kişi və qadın idman gimnastları da mübarizə aparacaqlar.