Badmintonçularımız qitə çempionatında iştirak ediblər

Badmintonçularımız qitə çempionatında iştirak ediblər

Badmintonçularımız İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa çempionatında iştirak ediblər. İdmançılarımızdan Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi qitə çempionatının ilk oyununda kişilərin qoşa yarışında Covanni Qreko-Kevin Strobl (İtaliya) cütlüyünə 2:0 (21-13,21-16) hesabı ilə qalib gələiblər. Təmsilçilərimiz bu qələbə ilə səkkizdəbir finala yüksəliblər. Edi-Ezmi tandemi bu mərhələdə İngiltərə təmsilçiləri Ben Leyn-Şon Vendi qoşası ilə qarşılaşıb. Gərgin keçən görüş üç set davam edib. Edi-Ezmi qoşası ilk setdə rəqibinə 22:20 hesabı ilə qalib gəlsə də, növbəti iki setdə uduzub (17-21,10-21).

Kişi badmintonçuların şəxsi yarışında onaltıdabir finalda İrlandiya təmsilçisi Nhat Nguyenlə qarşılaşan Edi isə rəqibinə 0:2 (10-21,14-21) hesabı ilə məğlub olub.