Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk yarış gününü medalsız bitirib

Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk yarış gününü medalsız bitirib

Azərbaycan cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında ilk günü medalsız başa vurublar.

Olimpnews.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Yaşar Nəcəfov bürünc medal uğrunda görüşdə italiyalı Elios Mantsiyə uduzub.

60 kq-da yarışan Balabəy Ağayev isə üçüncü yer uğrunda qarşılaşmada belçikalı Jorre Verstraetenə məğlub olub. Hər iki idmançı 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 11 cüdoçu ilə təmsil olunur. Mayın 1-də başa çatacaq yarışda 40 ölkədən 361 idmançı (207 kişi, 154 qadın) iştirak edir.