Qadın cüdoçularımız Sarayevoda yarışacaqlar

Qadın cüdoçularımız Sarayevoda yarışacaqlar

Mayın 7-8-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində cüdo üzrə açıq Avropa kuboku turniri keçiriləcək. Yarışda Azərbaycanın 6 qadın cüdoçusu tatami üzərinə çıxacaq. Qitə turnirində ölkəmizi Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva, Diana Şoranova (63 kq), Südabə Ağayeva, Günel Həsənli (70 kq), Aytəkin Paşazadə (78 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, cüdoçularımızdan A.Qardaşxanlı ötən ay Polşada keçirilmiş analoji yarışda uğurla çıxış edərək qalib adını qazanıb.