Sentyabrın 21-də Sumqayıtda Avropa standartlarına cavab verən, müasir qurğu və avadanlıqla təchiz edilmiş stadion istifadəyə verilib.
Tədbirdə Azərbaycanda səfərdə olan UEFA-nın prezidenti Mişel Platini, AFFA- nın prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Stadionla tanış olan və görülmüş işləri yüksək qiymətləndirən UEFA-nın prezidenti Mişel Platini "Sumqayıt” futbol akademiyasının 11-17 yaş qruplarını əhatə edən qızlardan və oğlanlardan ibarət komandalarının üzvləri ilə görüşüb, "Sumqayıt” futbol klubunun bu gənc futbolçuların timsalında etibarlı və ümidverici bazaya malik olduğunu vurğulayib.
Əfsanəvi Mişel Platini azarkeşlərin alqışları altında qapı istiqamətində topa rəmzi zərbə vurub. Qonağa "Sumqayıt” futbol klubunun idman forması təqdim edilib.