Uşuçular Azərbaycan çempionatında qüvvələrini sınayacaqlar

Uşuçular Azərbaycan çempionatında qüvvələrini sınayacaqlar

Mayın 13-də uşu üzrə XXIX Azərbaycan çempionatı start götürəcək. Abşeron Olimpiya İdman Kompleksində keçiriləəck yarış Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) və Azərbaycan Uşu Federasiyasının təşkilatçılığı ilə baş tutacaq. Yarışda böyük, gənc və yeniyetmə uşuçular mübarizə aparacaqlar.
Ölkə çempionatı mayın 15-dək davam edəcək. Çempionatın təşkilində əsas məqsəd AGİN-in idman təqvim planının yerinə yetirilməsi, uşu idman növünün kütləviliyinin təmin edilməsi, yığma komandaların tərkibinin formalaşdırılması və idmançıların yarış təcrübəsinin artırılmasıdır.