Platini qərarını DÇ-2014-də açıqlaya bilər

Platini qərarını DÇ-2014-də açıqlaya bilər

UEFA-ya rəhbərlik edən Mişel Platini FIFA-nın prezidenti vəzifəsinə namizəd olub-olmayacağı ilə bağlı qərarı 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatı zamanı və ya ondan sonra verəcəyini açıqlayıb:"Mən hələ gələcək planlarımı müəyyənləşdirməmişəm. Düşünmək üçün hələ bir neçə ay var. Qərarımı ya dünya çempionatı zamanı, ya da ondan sonra verəcəyəm, ondan tez yox”.
Hazırda dünya futbol qurumuna başçılıq edən və 2011-ci ildə dördüncü müddətə seçilən 77 yaşlı Yozef Blatterin səlahiyyət müddəti 2015-ci ildə başa çatacaq.