Qapıçı hakimin fitindən gec xəbər tutdu

Qapıçı hakimin fitindən gec xəbər tutdu

Futbol üzrə DÇ-2014 seçmə mərhələsi çərçivəsində keçirilən Makedoniya-İsveç oyununda ev sahiblərinin qapıçısı ikinci hissəyə start verilməsini unudub. Meydanda oyunçuları saymayan və Makedoniyanın qapıçısı Rakovskinin yerində olmadığını görməyən baş hakim start fitini çalıb. Bu zaman qaça-qaça meydana girən qapıçını görən hakim oyunu tez saxlayıb və onun yerinə keçməsini gözləyib.