“Araz Naxçıvan”ın fan-klubu fəaliyyətə başlayıb

“Araz Naxçıvan”ın fan-klubu fəaliyyətə başlayıb

I divizonda mübarizə aparan "Araz Naxçıvan" futbolklubunun rəsmi fan-klubu fəaliyyətə başlayıb. Fan-klub "ultrAraz” adı ilə azarkeşləri ətrafında cəmləyəcək. Məlumat üçün bildirək ki, Qadir Məmmədli adlı azarkeş "ultrAraz”ın rəhbəri seçilib. "Artıq bu gündən rəsmi fəaliyyətə başladıq. 8 nəfərdən ibarət idarə heyətimizi formalaşdırmışıq. Təzə yaranmağımıza baxmayaraq 60-dan çox üzvümüz var. Çalışacağıq ki, bütün komandaların fan-klubları ilə əlaqə yaradaq. Naxçıvana təşrif buyuracaq fan-klubları da burda hörmətlə qarşılayıb, xoş xatirələrlə yola salacağıq. Hələ ki, fəaliyyətimiz Naxçıvan şəhərini əhatə etsə də, qısa zaman ərzində fəaliyyətimizi genişləndirmək niyyətindəyik”,- deyə fan-klubun rəhbəri deyib.