Parataekvondoçumuz Sofiyada gümüş medal qazandı

Parataekvondoçumuz Sofiyada gümüş medal qazandı

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Qran-Pri turnirində Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K-44, 70 kq) gümüş medal qazanıb. İdmançımız Türkiyə və Monqolustan təmsilçilərinə qalib gələrək finala yüksəlsə də, həlledici mərhələdə Meksika idmançısına məğlub olaraq yarışı ikinci yerdə başa vurub.
Xatırladaq ki, İ.Xəlilov mayın 22-də Mançesterdə keçirilən Avropa çempionatında da ikinci yeri tutub.