"Sidney”in hücumçusu Alessandro Del Pyero Avstraliya çempionatında keçirəcəyi ikinci mövsümdə komandanın kapitanı olacaq. Bu məlumatı adıçəkilən klubun baş məşqçisi Frank Farinaya istinadən "Sydney Morning Heral” nəşri yayıb.
Del Pyero ötən mövsüm "Sidney”in ikinci kapitanı olub və əsas kapitan Terri Makflin komandada olmayanda kapitan sarğısını da bağlayıb. İtaliya yığmasının 38 yaşlı sabiq hücumçusu ötən mövsüm Avstraliya liqasında keçirdiyi 24 oyunda 14 qol vurub.