Ronaldodan müğənni bacısına böyük dəstək

Ronaldodan müğənni bacısına böyük dəstək

Portuqaliyalı futbolçu Kriştianu Ronaldo bacısı müğənni Katya Aveyro üçün Madriddə konsert təşkil edib. İngiltərənin "Daily Star” qəzetinin yazdığına görə, son həftələrdə "Non-stop Boom” adlı mahnısı ilə hit-paradlarda birinci olan Katya dünya ulduzuna çevrilmək arzusundadır və bu arzusunda ona məşhur futbolçu qardaşı Ronaldo böyük dəstək verir.
Deyilənlərə görə, Ronaldo bacısının Madriddəki məşhur gecə klubunda səhnəyə çıxmasını təşkil edib. Bütün təşkilatçılıq işlərini öz üzərinə götürən futbolçu Katyanın karyerasına lazım olan hər dəstəyi verməyə hazırdır.