AÇ: Son iki qız güləşçimiz mübarizəyə qoşulur

AÇ: Son iki qız güləşçimiz mübarizəyə qoşulur

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Olimpnews.az Fanat.Az xəbər verir ki, bu gün qadın güləşi üzrə daha 5 çəki dərəcəsində mübarizəyə start veriləcək. Azərbaycan bu çəkilərin ikisində təmsil olunacaq. 46 kiloqram çəki dərəcəsində yer alan Aysel Məmmədzadə təsnifat mərhələsində macar Kornella Nikolet Laşloyla üz-üzə gələcək.

Jasmin Əsgərova (53 kq) isə ilk görüşdə serbiyalı Militsa Sekuloviçlə gücünü sınayacaq.

Təsnifat qarşılaşmaları Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Bu gün həmçinin iki qız güləşçimiz final görüşünə çıxacaq. Elvina Kərimzadə (43 kq) həlledici dueldə ukraynalı Anastasiya Polska ilə, Ruzanna Məmmədova (49 kq) italiyalı Fabiana Rinella ilə üz-üzə gələcək.

57 kq-dakı Günay Məmmədova isə təsəlliverici mərhələdə mübarizə aparacaq. Güləşçimiz Naemi Leystner (Almaniya) səddini keçəcəyi təqdirdə norveçli Miriyam Hansenlə bürünc medal uğrunda görüşə vəsiqə qazanacaq.

Medal qarşılaşmalarına 19:00-da start veriləcək.

Qeyd edək ki, yarışın ilk üç günündə mübarizə aparan yunan-Roma güləşi millimiz çıxışını 2 qızıl, 5 gümüş və 1 bürünc medalla başa vurub. "Klassiklər"imiz bu nəticə ilə komanda hesabında qitə çempionu olub.