Reytinq turniri: Azərbaycanın 8 yunan-Roma güləşçisi medal qazanıb - FOTOLAR

Reytinq turniri: Azərbaycanın 8 yunan-Roma güləşçisi medal qazanıb - FOTOLAR

Azərbaycan güləşçiləri İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirində 8 medalla start verib.

"Olimpnews"un məlumatına görə, ilk yarış günündə 55, 60, 63, 67, 87, 97 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

60 kq-da iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan güləşçilərdən Murad Məmmədov ilk turda türkiyəli Ekrem Öztürkə (14:1), Nihat Məmmədli isə amerikalı İldar Hafizova (9:4) qalib gəlib. İkinci turda güləşçilərimiz bir-biriylə qarşılaşıb. Daha təcrübəli Murad 7:1 hesablı qələbə əldə edib. Sonuncu turda Nihat Ekrem Öztürkü (11:0), Murad isə İldar Hafizovu (9:0) çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəliblər.
B qrupunda yer alan Eldəniz Əzizli startda rumıniyalı Teodor Horataunu çətinlik çəkmədən məğlub edib - 8:0. Dünya və Avropa çempionumuz növbəti görüşdə 2018-ci ildə qitə birinciliyinin finalında qalib gəldiyi Helari Maeqisaluya (Estoniya) tam üstünlüklə (10:0) qalib gəlib və adını yarımfinala yazdırıb.
Murad yarımfinalda Helarini (9:4), Eldəniz isə Nihatı (9:0) üstələyib. Məmmədli 3-cü yer uğrunda görüşdə Maeqisaluya (10:0), Məmmədov isə finalda Əzizliyə (9:1) qalib gəlib.
63 kq-da A qrupunda qərarlaşan Taleh Məmmədov ilk görüşdə moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuyla bacarmayıb. Məmmədov ikinci turda amerikalı Deyvid Telkeyə tam üstünlüklə qalib gəlib - 10:0. Taleh yarımfinalda rumıniyalı Razvan Arnauta gücünü göstərib - 4:1. Məmmədov finalda yenidən Çiobanuyla qarşılaşıb və bu dəfə revanş alıb - 4:2
Həsrət Cəfərov (67 kq) təsnifat mərhələsində macar Erik Torbanı vaxtından əvvəl məğlub edib - 8:0. Cəfərov 1/4 finalda isveçli Niklas Oehlenə də aman verməyib - 9:0. Həsrət yarımfinalda 23 yaşadək güləşçilər arasında dünya ikincisi Məhəmməd Cavad Rezaiyə (İran) 8:3 hesabıyla qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə türkiyəli Furkan Yıldıza göz açmağa imkan verməyən (9:0) Cəfərov baş mükafata yiyələnib.
İslam Abbasov (87 kq) ilk mərhələdə estoniyalı Ranet Kaljoladan güclü olub - 5:0. Abbasov 1/4 finalda macar İştvan Takaçı yolundan kənarlaşdırıb - 10:4. İslam yarımfinalda dünya ikincisi Aleks Kessidisə (İsveç) qalib gəlib - 2:0. Sumqayıt güləş məktəbinin yetirməsi finalda Macarıstanın digər təmsilçisi Erik Silvaşini sonuncu xal prinsipinə əsasən (1:1) üstələyərək, turnirin qalibi olub.
97 kq-da təmsilçilərimiz 1/8 finalda üz-üzə gələcək. Arif Niftullayev cərimə xallarıyla Murat Lokyayevi üstələyib - 2:0. Niftullayev 1/4 finalda macar Aleks Şokeyə 1:3 hesabıyla uduzub.
Sabah Şəriəti (130 kq) ilk görüşdə 23 yaşadək güləşçilər arasında son Avropa çempionu Dariuş Attila Vitekə (Macarıstan) heç bir şans tanımayıb - 8:0. Şəriəti 1/4 finalda amerikalı Kolton Şults üzərində də təmiz qələbə qazanıb - 10:0. Bu mərhələdən mübarizəyə qoşulan Beka Kandelaki isə litvalı Romas Fridrikasa qalib gəlib - 4:0. Yarımfinalda təmsilçilərimiz üz-üzə gəlib. Sabah sonuncu xal prinsipinə əsasən (1:1) finala vəsiqə qazanıb. Kandelaki 3-cü yer uğrunda görüşdə Şultsu 4:2 hesabıyla məğlub edibsə, Şəriəti finalda dəfələrlə dünya və Avropa çempionu olmuş Rza Kayaalpa (0:4) uduzub - 0:4.

Beləliklə, yunan-Roma güləşçilərimiz ilk yarış günündə 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

16:51

Azərbaycanın 6 yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirində finala yüksəlib.

"Olimpnews" xəbər verir ki, 60 kq-da iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan idmançılardan Murad Məmmədov ilk turda türkiyəli Ekrem Öztürkə (14:1), Nihat Məmmədli isə ABŞ-dan olan İldar Hafizova qalib gəlib. Azərbaycan təmsilçiləri ikinci turda bir-biri ilə qarşılaşıb. Daha təcrübəli Məmmədov qələbə əldə edib. O, sonuncu turda Hafizovu, Məmmədli isə Öztürkü çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəlib.

B qrupunda yer alan 60 kq-dakı digər Azərbaycan güləşçisi Eldəniz Əzizli startda rumıniyalı Teodor Horataunu yenib - 8:0. Dünya və Avropa çempionu növbəti görüşdə 2018-ci ildə qitə birinciliyinin finalında mübarizədən kənarlaşdırdığı Helari Maeqisaluya (Estoniya) tam üstünlüklə (10:0) qalib gəlib və adını yarımfinala yazdırıb. O, finala gedən yolda Nihat Məmmədlini, Murad Məmmədov isə Helarini üstələyib.

63 kq-da A qrupunda qərarlaşan Taleh Məmmədov ilk görüşdə moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuyla bacarmayıb. İkinci turda ABŞ təmsilçisi Deyvid Telkeyə tam üstünlüklə qalib gələn Məmmədov yarımfinalda rumıniyalı Razvan Arnauta gücünü göstərib.

67 kq-da çıxış edən Həsrət Cəfərov təsnifat mərhələsində macarıstanlı Erik Torbanı vaxtından əvvəl məğlub edib. O, 1/4 finalda isveçli Niklas Oehlendən, yarımfinalda isə 23 yaşadək güləşçilər arasında dünya ikincisi iranlı Məhəmməd Cavad Rezaidən üstün olub.

87 kq-da İslam Abbasov ilk mərhələdə estoniyalı Ranet Kaljoladan güclü olub - 5:0. O, 1/4 finalda macarıstanlı İştvan Takaçı mübarizədən kənarlaşdırıb. Yarımfinalda dünya ikincisi isveçli Aleks Kessidisə qalib gələrək, finala yüksəlib.

97 kq-da da Azərbaycan dueli baş tutub. Arif Niftullayev 1/8 finalda Murat Lokyayevi cərimə xalları ilə üstələsə də, növbəti raundda macarıstanlə Aleks Şokeyə 1:3 hesabıyla uduzub.

130 kq-da yer alan Sabah Şəriəti ilk görüşdə 23 yaşadək güləşçilər arasında son Avropa çempionu Macarıstan təmsilçisi Dariuş Attila Vitekə heç bir şans verməyib. 1/4 finalda ABŞ-dan olan Kolton Şults üzərində də təmiz qələbə qazanan idmançı yarımfinalda Azərbaycanın digər təmsilçisi Beka Kandelaki ilə üz-üzə gəlib. Şəriəti sonuncu xal prinsipinə əsasən finala vəsiqə qazanıb.

Qeyd edək ki, medal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Reytinq turniri: Azərbaycanın 8 yunan-Roma güləşçisi medal qazanıb - FOTOLAR