Roberto Mançini “Qalatasaray”da

Roberto Mançini “Qalatasaray”da


Türkiyənin "Qalatasaray” klubunun yeni baş məşqçisinin kimliyi müəyyənləşib. "Hürriyet” qəzetinin yaydığı məlumata görə, "Cim Bom” son iş yeri "Mançester Siti” olan Roberto Mançini ilə razılığa gəlib.
Dünən Türkiyəyə gedən italiyalı mütəxəssis klubun idarə heyətinin üzvü Lütfi Arıboğanla görüşüb. "Qalatasaray” Mançiniyə 3 illik müqavilə təklif edib və bu təklif baş məşqçi tərəfindən qəbul olunub.
Razılığa, əsasən baş məşqçi illik 4,5 milyon avro qazanacaq. Rəsmi imzalanma mərasiminin dünən keçirilib. Bununla da, "Qalatasaray” UEFA Çempionlar Liqasının qrup mərhələsində "Yuventus”la matça yeni baş məşqçisi ilə çıxacaq.
Qeyd edək ki, "Yuventus” - "Qalatasaray” oyunu oktyabrın 2-də Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.