Sentyabrın 29-u Şağan Olimpiya İdman Kompleksində cüdo üzrə klublar arasında Azərbaycan kubokunun 4-cü dövrəsinin qarışlaşmaları keçirilib. 7 çəki dərəcəsi üzrə keçirilən yarışda hər komanda maksimum 10 idmançı (3 nəfər gənc və 7 nəfər böyük) ilə çıxış edib.
Dördüncü dövrə yarışı bu nəticələrlə başa çatıb:
"Atilla” - "Neftçi” - 6:5
"Sərhədçi” - "Judo-2012” - 1:9
"Improtex” - Lokomotiv - 8:2
KKTT - "Qəbələ” - 1:8
Qeyd edək ki, klublararası Azərbaycan kubokunun növbəti mərhələsi oktyabrın 6-da keçiriləcək.