Günahkarlar cəzalandırıldılar

Günahkarlar cəzalandırıldılar

Türkiyə Super liqasının V turu çərçivəsində keçirilən və azarkeşlərin meydana daxil olması üzündən oyunun 90+3-cü dəqiqəsində dayandırılan "Beşiktaş” - "Qalatasaray” (1:2) qarşılaşması ilə bağlı cəzalar açıqlanıb. Türkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi qalmaqallı oyunla bağlı yekun qərarını verib.
Atatürk Olimpiya stadionunda keçirilən qarşılaşmada "Beşiktaş” ev sahibi olduğu üçün kluba 4 matç azarkeşsiz oynama cəzası verilib. Digər tərəfdən, oyun davam edərkən hakimə etiraz etdikləri üçün tribunaya göndərilən "ağ-qaralar”ın baş məşqçisi Slaven Biliç 3 oyunluq cəzalandırılıb.
"Qalatasaray”ın rəqibə sərt şəkildə müdaxilə edən və qırmızı vərəqə alan braziliyalı futbolçusu Felipe Melo isə 2 oyun komandasına kömək edə bilməyəcək.