Futbolçu karyerasına öz ölkəsində davam edəcək

Futbolçu karyerasına öz ölkəsində davam edəcək

"Neftçi”nin keçmiş futbolçusu Emil Mpenzanın klubsuz günləri başa çatıb. 35 yaşlı hücumçu Belçikanın II liqasında çıxış edən "Endraxt Alst”la müqavilə bağlayıb.
Bu klub hazırda 9 oyundan 8 xalla 18 komanda arasında 14-cü yerdədir. Mpenza ilə mövsümün sonunadək anlaşma əldə olunub. Lakin sonradan müqavilənin müddəti uzadıla bilər. Onun keçidi "Endraxt Alst”a pulsuz başa gəlib. Çünki belçikalı hücumçu ötən mövsümün ortalarında "Neftçi” ilə müqaviləsini pozub.
Qeyd edək ki, Emil Mpenza karyerası ərzində 367 oyunda 134 qol vurub. Bundan başqa, o, Belçika yığmasında 57 matçda 19 dəfə fərqlənib. Təcrübəli hücumçu "Neftçi”nin heyətinə 2010-cu ilin avqustunda cəlb olunub və 2012-ci ilin yanvarınadək 31 oyunda 6 qol vurub.