21 yaşınadək futbolçulardan ibarət milli komandamızın futbolçusu Tuğrul Erat Düsseldorf "Fortuna”sında növbəti oyununu keçirib. O, "Fortuna”nın U-23 komandasının evdə "Videnbrük 2000”i 4:1 hesablı məğlub etdiyi matçda fərqlənməsi ilə yadda qalıb.
Belə ki, yenə start heyətində çıxış edən Erat 90 dəqiqə meydanda olub. O, matçın 72-ci dəqiqəsində qonaqların qapısına yol tapmaqla hesabı 3:1 edib.
Qeyd edək ki, sentyabrın 8-də Avropa çempionatının seçmə mərhələsində İsrailin qapısına da yol tapan Tuğrul Erat bundan öncə cari mövsüm "Fortuna”da 2 qol vurmuşdu.