“Qəbələ” Premyer Liqaya qələbə ilə başladı

“Qəbələ” Premyer Liqaya qələbə ilə başladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub. Son oyun günündə bir görüş keçirilib. Doqquz illik fasilədən sonra Azərbaycan Premyer Liqasına elitaya qayıdan “Turan Tovuz” öz meydanında “Qəbələ”ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa yekunlaşıb.

Bu oyunda Premyer Liqada VAR sistemi ilk dəfə hakimin köməyinə çatıb. 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən İsnik Alimi “Qəbələ”ni hesabda önə çıxarıb. Beş dəqiqə sonra isə Rafael Utziq komandasının üstünlüyünü möhkəmləndirib - 2:0.

Bu nəticədən sonra “Qəbələ” 3 xalla üçüncü pillədə qərarlaşıb. “Sabah”, “Qarabağ”, “Zirə” və “Neftçi” də eyni xala malikdir. Xalı olmayan “Turan Tovuz” isə doqquzuncu sırada qərarlaşıb.