Mariya Stadnikə qızıl medalı MOK-un baş katibi Azər Əliyev təqdim edib

Mariya Stadnikə qızıl medalı MOK-un baş katibi Azər Əliyev təqdim edib

V İslam Həmrəyliyi Oyunlarının qadın güləşi yarışlarında 50 kiloqram çəki dərəcəsində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda mükafatları Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev təqdim edib.
Bu çəki dərəcəsində yarışın qalibi Azərbaycan güləşçisi Mariya Stadnik olub. Özbəkistan idmançısı Jasmina İmmaeva yarışı ikinci, Tunis güləşçisi Sarra Hamdi isə üçüncü pillədə başa vurublar.