Konya-2021: İdman gimnastlarımızdan daha 3 medal

Konya-2021: İdman gimnastlarımızdan daha 3 medal

Konyada keçirilən V İslam Həmrəyliyi Oyunları çərçivəsində idman gimnastikası üzrə yarışlar keçirilib. Ölkəmizi bu idman növündə təmsil edən Azərbaycanın idman gimnastı İvan Tixonov qızıl medala sahib çıxıb. 26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib.İ.Tixonov turnikdə hərəkətlərdə isə 3-cü yeri tutub.Digər idmançımız Nikita Simonov isə halqalar ilə hərəkətlərdə 2-ci yeri tutub. Bununla da Azərbaycan təmsilçiləri İslamiadanın kişi idman gimnastikası üzrə yarışlarını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.