Millimiz Konya-2021-in yarımfinalına vəsiqə qazandı

Millimiz Konya-2021-in yarımfinalına vəsiqə qazandı

Konyada V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən həndbol yarışları davam edir. Qadın həndbolçulardan ibarət milli komandamız bu gün növbəti oyununu keçirib. Yığmamız B qrupundakı sonuncu matçında İran seçməsi ilə qarşılaşıb. Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçirilən görüş Azərbaycanın 26:17 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra qrup qalibi olan yığmamız yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, milli komanda qrupdakı ilk oyununda Kamerunla görüşməli idi. Lakin rəqib meydana çıxmadığından, Azərbaycan yığmasına texniki qələbə verilib. Yığma 2-ci qarşılaşmada isə Əfqanıstana qalib gəlib.