Kişi voleybolçularımız da Konya-2021-in yarımfinalına vəsiqə qazandılar

Kişi voleybolçularımız da Konya-2021-in yarımfinalına vəsiqə qazandılar

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsinə vəsiqə əldə edib. Yığmamız qrup mərhələsi çərçivəsində Mərakeş komandası ilə qarşılaşıb. Görüş komandamızın qələbəsi ilə başa çatıb – 3:1.
Beləliklə, qrupu 6 xalla 2-ci pillədə tamamlayan Azərbaycan millisi yarımfinala yüksəlib. Kamerun isə 7 xalla qrup birincisi olub.