Konya-2021: Azərbaycan komandası növbəti qızıl medalını stend atıcılığı növündə qazanıb

Konya-2021: Azərbaycan komandası növbəti qızıl medalını stend atıcılığı növündə qazanıb

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir. Bu gün Azərbaycan komandası növbəti qızıl medalını qazanıb. Komandamız medalı stend atıcılığı növündə əldə edib. Belə ki, stend atıcılığı üzrə skeet qarışıq komanda yarışında Fuad Qurbanov və Nurlana Cəfərova cütlüyü V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.