Konya-2021: Cüdo millimiz finalda

Konya-2021: Cüdo millimiz finalda

Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb. Millimiz əvvəlcə Bəhreyn, yarımfinalda isə Tacikistan yığmalarını 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə komandamız Türkiyə yığması ilə görüşəcək.

Qadın millimiz isə Türkmənistanı 3:0 hesabı məğlub etsə də, dörddəbir finalda Əlcəzair üzərində 3:2 hesabı ilə qələbə qazanıb. Yığmamız bürünc medal uğrunda təsəlliverici görüşdə isə Seneqalı 3:1 hesabı ilə məğlub edib.

Xatırladaq ki, fərdi yarışlarda cüdoçularımız 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq ümumi hesabda 3-cü pillədə qərarlaşıblar.