Yeniyetmə cüdoçularımız dünya çempionatında mübarizə aparacaqlar

Yeniyetmə cüdoçularımız dünya çempionatında mübarizə aparacaqlar

Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatına start veriləcək. Yarışda baş məşqçi Rüstəm Alimli, məşqçilər Emin İskəndərov və Nicat Şıxəlizadənin rəhbərliyi altında Məhəmməd Məmişov (50 kq), Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq), Əbil Yusubov, Nicat Nağıyev (66 kq), Əli Hacızadə, Nahid Tarquliyev (73 kq), Camal Bağışov (81 kq), Ramazan Əhmədov (+90 kq) çıxış edəcəklər.
Cüdoçularımız avqustun 24-27-də fərdi, 28-də isə komanda yarışında mübarizə aparacaqlar.